...

Bakı metrosunda gecikmənin səbəbi məlum oldu

Cəmiyyət Materials 19 Dekabr 2015 12:43 (UTC +04:00)
Bakı Metropoliteni Xətai xəttində qatarların hərəkətində yaranmış gecikməyə aydınlıq gətirib.
Bakı metrosunda gecikmənin səbəbi məlum oldu

Bakı. Trend:

Bakı Metropoliteni Xətai xəttində qatarların hərəkətində yaranmış gecikməyə aydınlıq gətirilib.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, gecikmə yolları yoxlayan diaqnostika qatarının xəttə buraxılması ilə əlaqədardır: "Orada hər hansı bir problem yoxdur. Diaqnostika qatarı təlimata uyğun olaraq yolda yoxlanış aparır. Bununla bağlı sərnişinlərə də xəbərdarlıq edilib".

N.Paşayev əlavə edib ki, diaqnostika yoxlanışı artıq başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti