...

Azərbaycanlı idmançı Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun finalına çıxıb

Cəmiyyət Materials 5 Mart 2016 15:42 (UTC +04:00)
Azərbaycanlı batutçu Svetlana Makştarova Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda finala çıxıb.
Azərbaycanlı idmançı Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun finalına çıxıb

Bakı. Maksim Tsurkov -Trend:

Azərbaycanlı batutçu Svetlana Makştarova Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda finala çıxıb.

Təsnifatın nəticələri üzrə o, 99.255 balla altıncı yeri tutub.

Təsnifatdan sonra birinci yeri 102.160 balla belaruslu Anna Qorçenok tutub.

Finala həmçinin, Böyük Britaniyadan Ketrin Driskoll və Pamela Klark, Belarusdan Tatyana Petrenya, Rusiyadan Yanna Pavlova və Susanna Koçesok, eləcə də Ukraynadan Marina Kiyko çıxıb.

Qeyd edək ki, martın 5-6-da Bakıda ilk dəfə Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edəcək.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda açıq ölkə çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri - İlk Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.

İlk yarış günündə kişi və qadınların fərdi və sinxron çıxışlarında təsnifat yarışları keçiriləcək.

İkinci yarış günündə isə finallar baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti