...

Obama administrasiyasına ünvanlanan petisiya layihəsi çərçivəsində növbəti görüş keçirilib

Cəmiyyət Materials 28 Aprel 2016 13:18 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Barak Obama administrasiyasına ünvanlanan Dağlıq Qarabağla bağlı "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" petisiya layihəsi çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) tələbələri ilə görüş keçirilib.
Obama administrasiyasına ünvanlanan petisiya layihəsi çərçivəsində növbəti görüş keçirilib

Bakı. İlhamə İsabalayeva-Trend:

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Barak Obama administrasiyasına ünvanlanan Dağlıq Qarabağla bağlı "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" petisiya layihəsi çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) tələbələri ilə görüş keçirilib.

Trend-in məlumatına görə, universitetin rektoru Asif Hacıyev deyib ki, yanvarın 26-da AŞPA sessiyasında qəbul edilən 2085 saylı qətnamədə Ermənistanın işğalçı dövlət olduğu birbaşa göstərilib.

Bunu Azərbaycanın tarixi uğuru sayan A.Hacıyev bütün tələbələri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edən petisiyaya səs verməyə çağırıb.

AVCİYA prezidenti, AŞPA nümayəndə heyətinin üzvü Elxan Süleymanov bildirib ki, petisiyaya imza atanların sayı artıq 250 minə çatıb.

Onun sözlərinə görə, səsvermə müddəti bitdikdən sonra Obama administrasiyası rəy üçün araşdırma aparacaq: "Səsvermədə nə qədər çox adam iştirak edərsə, səsimiz o qədər çox əks-səda yaradacaq. Ona görə də mən bütün türk dünyasını petisiyaya səsverməyə çağırıram".

E.Süleymanov qeyd edib ki, müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar.

Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti