...

“Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” çərçivəsində işçi görüşləri keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2016 18:48 (UTC +04:00)
Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasının nümayəndə heyəti Bolqarıstan və Çexiyada səfərdə olub.
“Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” çərçivəsində işçi görüşləri keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasının nümayəndə heyəti Bolqarıstan və Çexiyada səfərdə olub.

Trend-ə Müdafiə Nazirliyinin mətbuat mərkəzindən verdilən məlumata əsasən, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Çexiyanın Brno şəhərindəki Müdafiə Universiteti və Bolqarıstanın Sofiya şəhərində yerləşən G.Rakovski adına Hərbi Akademiyada keçirilən işçi görüşlərində iştirak ediblər.

Tədbirlərdə NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində "Bolonya təhsil sistemi və Fəlsəfə Doktoru proqramının tətbiq edilməsi təşəbbüsünə dəstək" mövzularında brifinqlər təqdim olunub.

Görüşlər zamanı hərbi təhsil sisteminin inkişafı və elmi-pedoqoji kadr hazırlığı üzrə təcrübə mübadiləsinin aparılması, eləcə də hərbi təhsilin perspektivləri üzrə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti