...

"Formula 1" Azərbaycanın bu gözəlliyini dünyaya təqdim etmək üçün əla imkandır"

Cəmiyyət Materials 19 İyun 2016 20:05 (UTC +04:00)
"Azərbaycan haqqında təəssüratlarım çox yaxşıdır, çox gözəl ölkəniz var və "Formula 1" də bu gözəlliyi dünyaya təqdim etmək üçün əla imkandır".
"Formula 1" Azərbaycanın bu gözəlliyini dünyaya təqdim etmək üçün əla imkandır"

Bakı. Elçin Mehdiyev – Trend:

"Azərbaycan haqqında təəssüratlarım çox yaxşıdır, çox gözəl ölkəniz var və "Formula 1" də bu gözəlliyi dünyaya təqdim etmək üçün əla imkandır".

Bunu Trend-ə Bakıya ABŞ-dan gələn turist Mayk Rapisarda deyib.

O bildirib ki, Azərbaycanın gözəl tarixi məkanları var: “İstəyirik ki, UNESCO-nun siyahısına düşmüş abidələri, o cümlədən Qobustan qayalıqlarını, Şəki Xan sarayını ziyarət edək”.

Amerikalı qonaq, eyni zamanda Azərbaycanın dadlı mətbəx nümunələrinin olduğunu da diqqətə çatdırıb.

"Formula 1" pilotu azarkeşləri avtoqrafı ilə sevindirdi (FOTO)

"Formula 1" pilotu azarkeşləri avtoqrafı ilə sevindirdi (FOTO)

O bildirib ki, Azərbaycanın bu xüsusiyyətlərini dünyada nə qədər yaxşı tanısalar, ölkəyə bir o qədər çox turist gələr: “Bu baxımdan "Formula 1" kimi böyük yarışların keçirilməsi çox əhəmiyyətlidir”.

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti