...

"Formula 1" pilotu azarkeşləri avtoqrafı ilə sevindirdi (FOTO)

İdman Materials 19 İyun 2016 14:32 (UTC +04:00)
Bakıda "Manor" komandasından olan "Formula 1" pilotu Rio Haryanto azarkeşlərə avtoqraf verib.
"Formula 1" pilotu azarkeşləri avtoqrafı ilə sevindirdi (FOTO)

Bakı. Trend:

Bakıda "Manor" komandasından olan "Formula 1" pilotu Rio Haryanto azarkeşlərə avtoqraf verib.

Trend avtoqraf sessiyasını əks etdirən fotoları təqdim edir.

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti