...

Bakıda içməli su problemi: 2 gün də dözün (YENİLƏNİB)

Cəmiyyət Materials 20 İyul 2016 11:40 (UTC +04:00)
Bakının 7 rayonuna içməli suyun verilməsi 1-2 gün ərzində tam bərpa olunacaq.
Bakıda içməli su problemi: 2 gün də dözün  (YENİLƏNİB)

Bakı. Trend:

Bakının 7 rayonuna içməli suyun verilməsi 1-2 gün ərzində tam bərpa olunacaq.

Bu barədə Trend-ə "Azərsu" ASC-nin mətbuat xidmətindən deyiblər.

Qeyd edək ki, ötən gün magistral su kəmərlərinin birində qəza baş verib. Bunun nəticəsində çərşənbə axşamından Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Xətai rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində su məhdudiyyətlərlə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti