...

Avstraliyalı müşahidəçi: Referendum qanunvericiliyin tələblərinə uyğun keçirilir

Cəmiyyət Materials 26 Sentyabr 2016 14:45 (UTC +04:00)
Azərbaycanda referendum qanunvericiliyin tələblərinə uyğun keçirilir.
Avstraliyalı müşahidəçi: Referendum qanunvericiliyin tələblərinə uyğun keçirilir

Bakı. Ənvər Məmmədov – Trend:

Azərbaycanda referendum qanunvericiliyin tələblərinə uyğun keçirilir. Bunu Trend-ə Avstraliya parlamentinin müşahidə missiyasının üzvü Lyuk Simpkins deyib.

Onun sözlərinə görə, müşahidə missiyası Bakıda təqribən 10 seçki məntəqəsində olub.

L.Simpkins qeyd edib ki, missiya heç bir qanun pozuntusu qeydə almayıb: "Seçici fəallığı olduqca yüksəkdir".

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti