...

Bilik Fondu ilə Puşkin adına Dövlət Rus Dili İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2016 18:15 (UTC +04:00)
V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən Rusiya A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Bilik Fondunda olub.
Bilik Fondu ilə Puşkin adına Dövlət Rus Dili İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO)

Bakı. Trend:

V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən Rusiya A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Marqarita Nikolayevna Rusetskaya və institutun Dil Testləşdirmə və Miqrasiya Siyasətinə Yardım Mərkəzinin rəhbəri Radçenko Oleq Anatolyeviç bu gün Azərbaycan Prezidenti yanında Bilik Fondunun qonağı olublar.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, qonaqları Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşlar qarşılayıb onları Fondun ümumi fəaliyyəti, xüsusilə də ölkə əhalisi arasında xarici dillərin, o cümlədən rus dilinin təbliği istiqamətində görülən işlərlə tanış ediblər.

İcraçı direktor Fondun bölgələrdə təşkil etdiyi Bilik Evlərində rus dli üzrə təlim kurslarının fəaliyyətindən bəhs edib.

Rektor Marqarita Nikolayevna Rusetskaya Bakı şəhərindəki Rus Pravoslav kilsəsində Azərbaycan dilinin tədrisini yüksək dəyərləndirib. Rusiyalı qonaqlarla Fond rəhbərliyi gələcəkdə rus dilinin, rus xalqının qədim tarix və mədəniyyətinin təbliği istiqamətində görüləcək işləri müzakirə ediblər.Həmçinin xarici dil kimi rus dilində bilik səviyyəsinin sertifikasiyası sahəsində əməkdaşlığa dair razılaşma ilə bağlı fikir mübadiləsi ediblər.

Tədbirdə Bilik Fondu və Rusiyanın A,S,Puşkin adına Dövlət Rus Dili İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti