...

Tərcümə Mərkəzinin yeni nəşri – “Zəfər və ilğım” kitabı işıq üzü gördü

Cəmiyyət Materials 20 Oktyabr 2016 10:46 (UTC +04:00)
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış rus yazıçısı Valeri İvanov - Taqanskinin “Zəfər və ilğım” kitabı işıq üzü görüb.
Tərcümə Mərkəzinin yeni nəşri – “Zəfər və ilğım” kitabı işıq üzü gördü

Bakı. Trend:

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış rus yazıçısı Valeri İvanov - Taqanskinin “Zəfər və ilğım” kitabı işıq üzü görüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, kitab Moskvanın məşhur Taqanka teatrınnın tarixini, bu qədim sənət ocağında çalışmış Yuri Lübimov, Valeri Zolotuxin, Vladimir Vısotski kimi sənət adamlarının, eləcə də azad yaradıcılıq havasıyla yaşayan teatr truppasının sovet ideologiyası basqısı altında üzləşdiyi çətinlikləri, mədəniyyət sahəsində hökm sürən ətalətin yaradıcı kollektivə təsiri, teatrın yüksəlişi və parçalanması proseslərini sənədli faktlarla əks etdirir.

Kitabı Azərbaycan dilinə yazıçı-tərcüməçi Etimad Başkeçid çevirib. Nəşrin redaktoru Əyyub Qiyasdır.

Əsərin elektron versiyası yaxın günlərdə Mərkəzin “Açıq kitab” elektron kitabxanası vasitəsi ilə onlayn mütaliəçilərin ixtiyarına veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti