...

Rossiya 24: Bakı təzadlar şəhəridir (VİDEO)

Cəmiyyət Materials 23 Oktyabr 2016 18:21 (UTC +04:00)
Bu gün "Rossiya 24" informasiya telekanalının aparıcısı Andrey Şlyapnikovun verilişi "Деловое путешествие"(İşgüzar səfər") proqramında Azərbaycanla bağlı reportaj təqdim olunub.
Rossiya 24: Bakı təzadlar şəhəridir  (VİDEO)

Bakı. Trend:

Bu gün "Rossiya 24" informasiya telekanalının aparıcısı Andrey Şlyapnikovun verilişi "Деловое путешествие"("İşgüzar səfər") proqramında Azərbaycanla bağlı reportaj təqdim olunub.

Veriliş bütünlüklə Azərbaycana həsr olunub.

Verilişin əvvəlində aparıcı tamaşaçılara Azərbaycanın paytaxtını təqdim edərək Bakını təzadlar şəhəri adlandırıb.
Proqramda ölkəmizin zəngin tarixi-mədəni irsindən, turizm imkanları haqqında danışılıb.

Reportajda həmçinin, "İçərişəhər"in tarixi abidələri haqqında məlumat verilib.

Proqramın aparıcısı eləcə də Qəbələ, Şəki kimi şəhərlərdə, "Şahdağ" turizm və "Qalaaltı" tibbi-sağlamlıq kompleksində olub.

Andrey Şlyapnikov Azərbaycanda idmanın inkişafına xüsusi diqqət yetirildiyini, habelə nüfuzlu idman yarışları - "Formula 1", Avropa oyunları, Ümumdünya şahmat olimpiadasının keçirilməsindən bəhs edib. O, həmçinin qeyd edib ki, 2017-ci ildə Bakıda IV islam Həmrəylik Oyunları və daha bir mötəbər idman yarışı Avro-2020-nin 1/4 mərhələsinin görüşləri keçiriləcək.

Jurnalist idmandan başqa, Azərbaycan mədəniyyəti və milli mətbəxi barədə də ətraflı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti