...

Sabahdan Aran rayonlarında müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Cəmiyyət Materials 7 Dekabr 2016 11:45 (UTC +04:00)
Sabahdan Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılır.
Sabahdan Aran rayonlarında müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Sabahdan Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, qiymətləndirmə üç gün davam edəcək və 7000 nəfərdən çox müəllim imtahanlarda iştirak edəcək.

Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək imtahanda Kürdəmirlə yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verəcək.

Ötən il İmişli və Saatlı rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər bu imtahanlara qatılacaqlar. Həmçinin Şuşanın Mingəçevir şəhərində, Ağdam və Göyçay rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri Kürdəmirdə keçiriləcək diaqnostik qiymətləndirməyə cəlb ediləcəklər.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.

Xəbər lenti

Xəbər lenti