...

Sabahdan havanın temperaturu yüksəlir

Cəmiyyət Materials 9 Dekabr 2016 13:02 (UTC +04:00)
Sabahdan ölkə ərazisində havanın temperaturu yüksəlir.
Sabahdan havanın temperaturu yüksəlir

Bakı. Trend:

Sabahdan ölkə ərazisində havanın temperaturu yüksəlir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, dekabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 0-3° isti, gündüz 4-7° isti, Bakıda gecə 0-2° isti, gündüz 5-7° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütünundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, lakin axşama doğru bəzi cənub rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti