...

Raqub Məmmədov: Məcburi köçkünlər dövlət başçısının fərmanını alqışlayır və dəstəkləyirlər

Cəmiyyət Materials 24 Yanvar 2017 15:21 (UTC +04:00)
Prezident İlham Əliyevin dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı imzaladığı fərman bu qrupdan olan şəxslərin sevincinə səbəb olub.
Raqub Məmmədov: Məcburi köçkünlər dövlət başçısının fərmanını alqışlayır və dəstəkləyirlər

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı imzaladığı fərman bu qrupdan olan şəxslərin sevincinə səbəb olub. Bu barədə Trend-ə açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bildirib.

İcra başçısı bildirib ki, məcburi köçkünlər bu fərmana görə dövlət başçısına təşəkkürlərini bildirirlər: "Məcburi köçkünlərlə demək olar ki, hər gün görüşür, onların problemləri ilə maraqlanırıq. Bu fərmandan sonra görüşdüyüm məcburi köçkünlərin hamısı bu addımı dəstəkləyirlər. Onlar bu addımı sosial rifahlarının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ən uğurlu tədbirlərdən hesab edirlər. Məcburi köçkünlər bildirirlər ki, onlara ayrılan aylıq kommunal limitlərin bir hissəsi istifadə olunmamış qalırdı. 5 nəfərlik məcburi köçkün ailəsi 180 manat müavinət alacaq. Bunun 100 manatı çörək puludursa, 80 manatı kommunal xərclər üçündür. Amma həmin ailə ayda 20-30 manatdan artıq qaz, işıq istifadə etmir. Bu ailəyə aylıq 50 manat əlavə pul qalacaq və onlar həmin vəsaiti istədikləri kimi sərf edəcəklər. Buna görə də, məcburi köçkünlər bu fərmanı alqışlayır və dəstəkləyirlər".

R.Məmmədov bildirib ki, Prezident İlham Əliyev daim məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılmasını, onların problemlərinin həllini diqqətdə saxlayıb və bu problemlərin həlli istiqamətində addımlar atır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti