...

"Azərişıq"da İslamiada ilə bağlı qərargah yaradılıb (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2017 11:26 (UTC +04:00)
"Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqlarla bağlı “Azərişıq” ASC-də Mərkəzi Qərargah yaradılıb.
"Azərişıq"da İslamiada ilə bağlı qərargah yaradılıb (FOTO)

Bakı. Trend:

"Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqlarla bağlı “Azərişıq” ASC-də Mərkəzi Qərargah yaradılıb.

Bu barədə Trend-ə qurumdan məlumat verilib.

Bildirilir ki, “Azərişıq” ASC tərəfindən yarışların keçiriləcəyi yerlərin, o cümlədən tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirilib.

"Bakı - 2017" IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyi ərazilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə bağlı idman yarışlarının və məşqlərinin keçiriləcəyi obyektlərin, ölkəmizə gələcək nümayəndə heyətlərinin, qonaqların yerləşdiriləcəyi mehmanxanaların, habelə ictimai iaşə, mədəniyyət, əyləncə və digər sosial obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti yoxlanılıb, elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb. Yoxlama-sınaq zamanı bəzi idman obyektlərində müəyyən edilmiş qüsurlarla bağlı rəsmi şəkildə əlaqədar federasiyalara və sözügedən obyektlərə tələbnamələr təqdim edilib. Eyni zamanda, vəziyyətlə bağlı "Bakı - 2017" IV İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi məlumatlandırılıb. Artıq sözügedən obyektlərdə qüsur və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

"Bakı - 2017" IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyi yerlərin, eyni zamanda tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün “Azərişıq” ASC-nin sədrinin əmrinə əsasən, yarışların hazırlıq dövründə görülən işlərin əlaqələndirilməsi məqsədi ilə Səhmdar Cəmiyyət üzrə Mərkəzi Qərargah yaradılıb. Məsul şəxslər cəlb olunmaqla tam əhatəli Tədbirlər Planı hazırlanıb. Bu məqsədlə idman oyunlarının keçiriləcəyi yerləri, habelə bununla bağlı digər obyektləri qidalandıran yaımstansiya və transformator məntəqələrində qurlaşdırılan rele mühafizəsi, aftomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi, adiyyəti üzrə göndərilməsi, yarışlarda növbə çəkəcək əməliyyat heyəti və məsul şəxslərin təkrar treninqlərə cəlb olunması təmin edilib. İclasda qeyd olunub ki, idman tədbirininə hazırlıq dövründə və yarışların keçiriləcəyi günlərdə elektrik enerjisi təchizatı ilə bağlı yarana biləcək bütün məsələlərin operativ həll olunması üçün Azərbaycan "Bakı - 2017" IV İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi ilə koordinasiyalı fəaliyyətin təşkili məqsədi ilə “Azərişıq” ASC-də xüsusi qrup yaradılıb.

Oyunların keçiriləcəyi 16 idman obyektini 25 yarımstansiya və 12 transformator məntəqəsi elektrik enerjisi ilə təmin edəcəyini bildirən Texniki Departamentin direktoru çıxışı zamanı, hazırlıqla bağlı ASC-nin 292 əməkdaşı may ayının 10-a qədər təlim keçəcəklərini qeyd edib. Artıq idman yarışlarının və məşqlərinin keçiriləcəyi yerlər və digər sosial obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti tam yoxlanılıb. Elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb. Yoxlama sınaq zamanı bəzi idman obyektlərində müəyyən edilən qüsurlarla bağlı rəsmi şəkildə əlaqədar federasiyalara və həmin obyektlərə tələbnamələr təqdim edilib. Eyni zamanda, vəziyyətlə bağlı İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi məlumatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti