...

AFFA AZƏRBAYCANIN GƏLƏCƏK ÇEMPİONATININ REQLAMENTİNİ MÜZAKİRƏ EDİB

Cəmiyyət Materials 15 İyul 2005 16:23 (UTC +04:00)

İyulun 15-də AFFA-nın qərargah mənzilində futbol üzrə növbəti ölkə çempionatının reqlamenti müzakirə edilib. Trend agentliyinin məlumatına görə, iclasda komandalarda legionerlərin kvotası, mövsüm ərzində futbolçuların bir klubdan digərinə keçmələrinin miqdarı və Assosiasiyanın diqqətindən kənarda qalmayan digər məsələlər müzakirə olunub.

Xüsusilə, xarici futbolçuların hüquqları yerli futbolçuların hüquqları ilə eyniləşdirilib, yəni əvvəllər legionerlər transfer olunduqdan sonra dərhal çempionatda iştirak edə bilərdilərsə, indi bu hüquq onların əlindən alınıb. Azərbaycanlı oyunçular kimi xarici vətəndaşlar da bir mövsümdə yalnız iki dəfə - birinci və ikinci dövrə arası fasilə zamanı və mövsümlərarası dövrdə bir klubdan digər kluba keçə bilərlər.

Bu halda legionerlərin cəlb olunması komandalara 25 mln manata, xaricdən məşqçinin dəvət olunması isə çempionat iştirakçılarına 50 mln manata başa gələcək.

Artan nəsli saxlamaq məqsədilə Assosiasiya qərar qəbul edib. Bu qərara əsasən, Ali liqanın hər bir klubunun tərkibində yaşı iyirmi birdən çox olmayan ən azı beş oyunçu olmalıdır.

Xəbər lenti

Xəbər lenti