...

SƏRHƏDSİZ JURNALİSTLƏR BİRLİYİ 2004-CÜ İLİN YEKUNLARINA DAİR SORĞU KEÇİRİB

Cəmiyyət Materials 19 İyul 2005 15:36 (UTC +04:00)

Azərbaycan Sərhədsiz Jurnalistlər Birliyi 2004-cü ilin yekunlarına əsasən rəy sorğusu keçirib. Trend in məlumatına görə, iyulun 19-da sorğunun nəticələrinə dair mətbuat konfransı keçirilib.

Birliyin rəhbəri Şəhla Bayan bildirib ki, sorğunu keçirməkdə məqsəd KİV-in qarşılaşdığı problemləri daha düzgün və dərindən öyrənmək, həmçinin məmurların, dövlət rəsmilərinin mətbuatla münasibətini, dövlət orqanlarının KİV-ə nə dərəcədə açıqlığını müəyyən etmək, çap və elektron KİV-in durumunu araşdırmaqdır.

Sorğunun nəticələrinə görə, informasiyaya açıq olan dövlət orqanı Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi seçilib.

Özəl şirkət isə "Barmek" Elektrik Şəbəkəsi olub. İnformasiyaya açıq olmayan dövlət orqanı Daxili İşlər Nazirliyi, şirkətlərdən isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) göstərilib.

Söz azadlığını və demokratiyanın düşməni kimi Ramil Usubovun adı çəkilib. Qərəzsiz qəzet "Ayna-Zerkalo", qərəzsiz radio "Amerikanın səsi" Azərbaycan redaksiyası, ilin sahə qəzeti "Futbol+", "Vergilər" qəzetləri olublar.

Xəbər lenti

Xəbər lenti