...

"GƏNCƏ-İNTER" MATÇI FUTBOL ÜZRƏ NÖVBƏTİ ÖLKƏ ÇEMPİONATINI AÇACAQ

Cəmiyyət Materials 5 Avqust 2005 14:46 (UTC +04:00)

"Gəncə-İnter" matçı avqustun 12-də futbol üzrə növbəti ölkə çempionatını açacaq. Bu barədə Trend ə AFFA-nın qərargah mənzilində keçirilmiş püşk atmanın nəticələrinə görə məlum olub.

Püşkün nəticələrinə görə, "Gəncə" öz stadionunda ölkə kubokunun finalçılarını qəbul edəcək. Birinci turda həmçinin "MKT-Araz" - MOİK, "Gənclər birliyi" - "Göyəzən", "Neftçi" - "Şahdağ - Samur", AMMK - "Xəzər", "Turan" - "Qarabağ" və "Karvan" - "Bakı" komandaları görüşəcək. Mütəxəssislərin fikrincə, birinci mərhələdə məhz sonuncu iki qarşılaşma prinsipial olmalıdır, belə ki, meydana ən potensial medal iddiaçıları çıxacaqlar.

Qeyd etmək lazımdır ki, 14 klubun iştirak edəcəyi birincilik 26 turdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti