...

YENİ DƏRS İLİNDƏ XARİCİ TƏLƏBƏLƏRİN SAYININ ARTACAĞI GÖZLƏNİLİR

Cəmiyyət Materials 5 Avqust 2005 16:43 (UTC +04:00)

Yeni dərs ilində Azərbaycanın ali məktəblərində təhsil alan xarici tələbələrin sayının artacağı gözlənilir. Azərbaycanın Təhsil Nazirliyindən Trend ə xəbər verildiyi kimi, bu barədə ölkənin ali məktəblərindən alınmış statistik məlumatlarda bildirilir.

Nazirlikdən verilən məlumata görə, hazırda Azərbaycanın 22 ali məktəbində 35 xarici ölkədən 2400 vətəndaş təhsil alır. Onların 220 nəfəri dövlət xətti, digərləri isə müqavilələr üzrə oxuyurlar.

Həmin tələbələrin Azərbaycanda təmsil etdikləri ölkələrin coğrafiyası çox genişdir. Yəni Azərbaycanda Çin, Banqladeş, Türkiyə, Koreya və digər ölkələrdən tələbələr təhsil alır. Nazirlikdə bu dərs ilində onların sayının daha 20-30 nəfər artacağı bildirilib.

Xəbər lenti

Xəbər lenti