...

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İDARƏSİNƏ 50-yə YAXIN MÜRACİƏT DAXİL OLUB

Cəmiyyət Materials 15 Avqust 2005 18:32 (UTC +04:00)

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə 50-yə yaxın müraciət daxil olub. Bu barədə jurnalistlərə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov məlumat verib.

Baş prokurorun sözlərinə görə, vətəndaşların müraciətləri həm korrupsiyaya qarşı mübarizə üzrə komissiya, həm də korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşan qeyri-hökumət təşkilatları tərəfindən idarəyə göndərir. "Bu günlərdə yaradılmış təkcə "Şəffaflıq" adlı bir qeyri-hökumət tərəfindən 4 ərizə Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olub. Bütün ərizələr üzrə qanunamüvafiq araşdırmalar aparılır və əgər korrupsiya hüquqpozmaları halları müəyyən edilirsə, sözsüz ki, cinayət işləri qaldırılır və yaxud, digər qanuni tədbirlər görulur" deyə Z.Qaralov bildirib.

Baş Prokuror onu da qeyd edib ki, dövlət başçısı tərəfindən təsdiqlənmiş "Korrupsiyaya Qarşı Mübarizə Haqqında" Qanun, "Korrupsiyaya Qarşı Mübarizə Üzrə Dövlət Proqramı" və vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarının verilməsi barədə qaydalar korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə bir qədər də təkan verib. Z.Qaralov: "Gələcəkdə də korrupsiya ilə mübarizə istiqamətində görulmuş tədbirlər barədə kütləvi infomrasiya vasitələrinə mütamadi şəkildə məlumatlar veriləcək".

Baş prokuror onu da bildrib ki, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin icraatında 13 cinayət işi olub. Həmin cinayət işləri "Poçtştamp"ın, Mingəçevir Şəhər Qaz İdarəsinin, Beyləqan rayonunun vəzifəli şəxsləri və digər rəsmi idarələrin əməkdaşları ilə bağlıdır. Bu cinayət işlərindən 3-ü üzrə istintaq yekunlaşıb və materiallar məhkəmə baxışına göndərilib.

Xəbər lenti

Xəbər lenti