...

HƏBS OLUNMUŞ İCAZƏSİZ MİTİNQ İŞTİRAKÇILARININ SAXLANILMA ŞƏRAİTİNİN MONİTORİNQİ KEÇİRİLİB

Cəmiyyət Materials 27 Sentyabr 2005 11:48 (UTC +04:00)

Azərbaycan Ombudsman aparatının əməkdaşları sentyabrın 25-də Bakıda müxalifətin icazəsiz mitinqində iştirak etmiş və polis tərəfindən həbs olunmuş şəxslərin saxlanılma şəraitinin monitorinqini keçiriblər. Aparatdan Trend ə verilən məlumata görə, monitorinq Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanovanın göstərişi ilə keçirilib.

İcazəsiz mitinqdə iştirak etdiklərinə görə, məhkəmənin qərarına əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin nəzdindəki inzibati qaydada həbs olunanların Saxlanma Məntəqəsinə baxış keçirilib. Nümayəndələr həmin şəxslərlə görüşərək onların saxlanma şəraiti ilə tanış olub, bəzilərinə isə Apellyasiya Məhkəməsinə müraciət etməkdə köməklik göstəriblər.

Həmçinin, bəzi yerlərdə nümayişçiləri dağıtmaq üçün polis işçiləri tərəfindən güc tətbiq edilməsi ilə bağlı şikayətlər daxil olub. Saxlanılan şəxslər saxlanılma şəraiti və onlara qarşı rəftarla bağlı şikayətlərinin olmadığını bildiriblər.

Xəbər lenti

Xəbər lenti