...

Rəsul Quliyev xəstəxanaya yerləşdirilib, lakin o, məhkəmə hökmünün oxunmasında iştirak edəcək

Cəmiyyət Materials 20 Oktyabr 2005 11:40 (UTC +04:00)

"Simferopolda (Ukrayna) saxlanılan Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyev oktybarın 19-da keçirilmiş məhkəmə iclasından sonra özünü pis etməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib". Bu barədə Trend ə "NTV" telekanalının Krımdakı nümayəndəliyindən ADP sədrinin vəkili İrina Nenaltovskayaya istinadən məlumat verilib.

Lakin vəkilin sözlərinə görə, xəstəlik R.Quliyevə Simferopol şəhərinin Jeleznodorojnı rayon məhkəməsinin iclasında iştirak etməyə maneə törətmir və Bakı vaxtı ilə saat 12:00-da onun həbsi və ya azadlığa buraxılması haqqında hökm oxunacaq.

Xəbər lenti

Xəbər lenti