...

Macarıstan ombudsmanı Ramil Səfərovun məhkəmə prosesini nəzarət altında saxclayır

Cəmiyyət Materials 24 Oktyabr 2005 18:07 (UTC +04:00)

Macarıstan ombudsmanı Azərbaycanın erməni həmkarını öldürməkdə günahlandırılan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun məhkəmə prosesini nəzarət altında saxlayır. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova məlumat verib.

Onun sözlərinə görə, şəxsən onun xahişi ilə Macarıstan ombudsmanı bu məsələ ilə ciddi məşğul olur, azərbaycanlı zabitin saxlandığı şəraiti yoxlayır, onun işi ilə maraqlanır. Ombudsman bildirib ki, bütün ölkələrdə hakimlər müstəqildir və heç kim onların işinə təsir edə bilməz. Lakin insan haqlarının müdafiəsi baxımından nəzarət zəruridir.

Ombudsman məhkəmənin ədalətli qərar çıxaracağına, onun qanun çərçivəsində, kənardan heç bir təsir olmadan qəbul ediləcəyinə əmindir.

Xəbər lenti

Xəbər lenti