Oktyabrın 27-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim Həmid Həmidovun sədrliyi ilə Səhiyyə Nazirliyinin Əczaçılıq və Tibbi Texniki Şöbəsinin sabiq müdiri, hazırda həbsdə olan Akif Məhərrəmovun apelyyasiya şikayətinə baxılıb. Trend in məlumatına A.Məhərrəmovun şikayəti təmin olunmayıb.
Vəkil Kamandar Nəsibov bildirib ki, hüquqlarını müdafiə etdiyi Akif Məhərrəmov MTN-nin istintaq təcridxanasında saxlanılır. Apellyasiya instansiyasına müraciət etməkdə məqsəd isə A.Məhərrəmovun barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığıyla əvəz edilməsi xahişi olub.