...

Azərbaycanın kişilərdən ibarət həndbol yığması Challenge Trophu oyunlarının finalına çıxıb

Cəmiyyət Materials 28 Oktyabr 2005 18:12 (UTC +04:00)

Azərbaycanın kişilərdən ibarət həndbol yığması bu günlərdə Dublində keçirilən Challenge Trophu oyunlarının vaxtından əvvəl finalına çıxıb.

Milli Federasiyada Trend ə bildirilib ki, dördüncü oyunda komanda maltalıları 37:14 hesabı ilə məğlub edib. Artıq birinci dövrədə Hikmət Abdullayevin yetirmələri rəqibin qapısından iyirmi top keçirib, bu vaxt adalılar yalnız səkkiz top vurmuşdu.Fasilədən sonra Azərbaycan həndbolçuları proqnozlaşdırılan qələbəyədək mübarizə aparıb.

Qrup mərhələsinin son oyununda kollektiv Moldova həndbolçuları ilə görüşəcək və onlar üçün də bu görüşün turnir əhəmiyyəti olmayacaq. Belə ki, bu yığma da həmçinin finala çıxmaq tapşırığını yerinə yetirib.

Xəbər lenti

Xəbər lenti