...

Hüquq müdafiəçiləri Bakıda insan haqları ilə bağlı beynəlxalq konfrans keçirəcəklər

Cəmiyyət Materials 27 Dekabr 2005 16:53 (UTC +04:00)

"İnsan haqları ilə bağlı Bakıda keçiriləcək beynəlxalq konfransa Polşa, İsveçrə, ABŞ və Norveçdən hüquq müdafiəçiləri dəvət edilib". Bu barədə Trend ə Dilarə Əliyeva adına Qadın Hüqüqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib. Qeyd edək ki, yerli hüquq müdafiəçiləri adıçəkilən konfransı yanvarın sonlarında keçirməyi planlaşdırıblar. Konfransın təşkil olunması ilə bağlı işçi qrupunun yaradıldığını bildirən N.Cəfəroğlu onu da qeyd edib ki, əsas məqsəd 2005-ci il ərzində Azərbaycanda insan haqlarının vəziyyəti ilə konfrans iştirakçılarını tanış etməkdir. Konfransın bir neçə gün davam edəcəyi söylənilib.

Xəbər lenti

Xəbər lenti