...

Ombudsman "Azərbaycan Gəncliyi Dövlət Proqramı insan hüquqları perspektivindən" mövzusunda dəyirmi masa keçirib

Cəmiyyət Materials 8 Fevral 2006 21:27 (UTC +04:00)

Ombudsman "Azərbaycan Gəncliyi Dövlət Proqramı insan hüquqları perspektivindən" mövzusunda dəyirmi masa keçirib. Trend xəbər verir ki, tədbirdə millət vəkilləri, xarici işlər nazirinin müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, bələdiyyələr, beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.

Ombudsman Elmira Süleymnova son illərdə Azərbaycanın ictimai-siyasi həyatında gənclərin rolunun artdığını, onların ictimai fəaliyyətinin yüksəldiyini diqqətə çatdırıb. Müvəkkil uşaq hüquqlarının müdafiəsi və təmin olunması sahəsində UNİSEF-lə səmərəli əlaqələrin qurulduğunu, birgə layihə çərçivəsində bölgələrdə treninq-seminarların keçirildiyini, habelə təsisatda uşaq hüquqları üzrə resurs mərkəzinin yaradıldığını söyləyib.

UNİSEF-in Azərbaycandakı nümayəndəsi Hanaa Sinqer təmsil etdiyi qurumun ombudsman təsisatı ilə sıx əməkdaşlıq etdiyini bildirib. Tədbirdə xarici işlər nazirinin müavini Xələf Xələfov "Azərbaycan hökumətinin Uşaq Hüquqları haqqında BMT Konvensiyasının implementasiyası üzrə BMT-də hesabatı" mövzusunda məruzə edib. Tədbirdə iştirak edən millət vəkilləri də gənclərin hüquqlarının qorunması ilə bağlı çıxışlar ediblər.

Xəbər lenti

Xəbər lenti