...

Moskvada keçirilən şahmat turnirinin başa çatmasına bir tur qalıb

Cəmiyyət Materials 17 Fevral 2006 11:10 (UTC +04:00)

Moskvada keçirilən "Aeroflot" beynəlxalq şahmat festivalının 9-cu turunda A1 turnirində çıxış edən azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov 6 mümkün xaldan 5.5 xalla turnir cədvəlində 4-cü yerdədir. O, yalnız ukraynalı P.Elyanov və bolqar K.Georgiyevdən yarım xal geri qalır.

Trend in xəbər verdiyi kimi, sonuncu turda Şəhriyar məhz ukraynalı şahmatçı ilə qara fiqurlarla oynayacaq.

Artıq başa çatmış C turnirində digər həmvətənimiz Vasif Durarbəyli 3-cü yerə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti