...

Dünyanın ən yüksək statuslu güləş hakimləri arasında 3 azərbaycanlının da adı var

İdman Materials 26 Yanvar 2015 12:17 (UTC +04:00)
Düyanın güləş hakimlərinin yeni statusları açıqlanıb.
Dünyanın ən yüksək statuslu güləş hakimləri arasında 3 azərbaycanlının da adı var

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İlkin İzzət/

Düyanın güləş hakimlərinin yeni statusları açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə bildiriblər ki, Dünya Güləş Birliyi (DGB) hakimlərlə bağlı qərarını açıqlayıb. Belə ki, ötən il keçirilən yarışlarda və hakimlik imtahanlarında göstərdiyi nəticələrə əsasən, 2015-ci il üçün hakimlik dərəcələri təyin olunub.

Dünya Güləş Birliyinin siyahısında hakimlərimizdən bir neçəsinin dərəcəsində dəyişiklik olub. Belə ki, yüksək dərəcə alan ədalət təmsilçiləri arasında 3 hakimimiz var.

DGB-də davam edən islahatların nəticəsində olimpiya kateqoriyası "S"-lə əvəzlənib. Bu siyahıda ölkəmizi Hicran Şərifov və İntiqam Alıyev təmsil edir. Hicran Şərifov əvvəl də ən yüksək kateqoriyaya sahib idi və 2 dəfə Olimpiya Oyunlarında iştirak edib. Gənc hakimimiz İntiqam Alıyev isə ötən il Daşkənddə keçirilən dünya çempionatından sonra bir pillə yüksəlib.

DGB-nin imtahanından uğurla keçən digər hakimimiz isə Asif Şirəliyevdir. O, ötən ilin iyununda Polşada keçirilmiş gənclərin Avropa çempionatında sınaqdan uğurla çıxıb və I dərəcəyə yüksəlib.

Yeni siyahıda Hüseynağa Əhmədovun statusu bir pillə aşağı enib. Milli dərəcəli hakim Elgün Məmmədov isə III dərəcə hakimlik adı alıb.

Digər hakimlərin statusunda isə dəyişiklik baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti