...

Afrikalı futbolçu AZAL-da

İdman Materials 2 Dekabr 2016 11:47 (UTC +04:00)
AZAL futbol klubu daha bir transferi rəsmiləşdirib.
Afrikalı futbolçu AZAL-da

Bakı. Trend:

AZAL futbol klubu daha bir transferi rəsmiləşdirib.

Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, Sadio Tounkaranın AZAL-a keçidi baş tutub. Bu gün müqaviləyə imza atan malili futbolçu ilə “6 ay+1 il” sistemi üzrə razılıq əldə olunub.

Dünən tibbi baxışdan keçən S.Tounkaranın adının iştirak ərizəsinə daxil edilməsi üçün müvafiq sənədlər yaxın günlərdə PFL-ə təqdim olunacaq.

Sonuncu dəfə Kiprin “Enosis” klubunun formasını geyən Sadio AZAL-da 8 nömrəli forma altında çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti