...

Vera Brejneva: Bakıda görüşdüyüm hər kəsə təşəkkürlər

İdman Materials 26 Aprel 2017 09:35 (UTC +04:00)
Bakı Şopinq Festivalının (Baku Shopping Festival) fəxri qonağı olan məşhur müğənni Vera Brejneva öz şəxsi instagram səhifəsində Azərbaycan paytaxtına səfəri barədə təəssüratlarını bölüşüb.
Vera Brejneva: Bakıda görüşdüyüm hər kəsə təşəkkürlər

Bakı. Trend:

Bakı Şopinq Festivalının (Baku Shopping Festival) fəxri qonağı olan məşhur müğənni Vera Brejneva öz şəxsi instagram səhifəsində Azərbaycan paytaxtına səfəri barədə təəssüratlarını bölüşüb.

“Fərqli şəhərlərə səfər etmək, yeni dostlar, sevimli məkanlar tapmaq necə də gözəldir. Bakıda əsrarəngiz bir gün yaşadım. Musiqi, qonaqpərvərlik, gözəllik və sevgi. Bakıda görüşdüyüm hər kəsə təşəkkür edirəm”.

V.Brejneva bu sözləri Bakıda Heydər Əliyev adına hava limanında ölkəsinə qayıdarkən çəkdirdiyi foto ilə birgə paylaşıb.

Tanınmış müğənninin bu paylaşımı 3 gün ərzində 140 mindən çox “layk” və 1000-dən artıq şərh qazanıb.

Bakı Şopinq Festival çərçivəsində məşhur “VİA Qra” qrupunun cazibədar eks-solisti Heydər Əliyev sarayında öz şousu, ifası və geyimləri ilə marağa səbəb olub. “#Nomer1” adlı musiqi gecəsində müğənni 1 saata 6 libas dəyişib və oxuduğu məşhur mahnıları ilə tamaşaçıların rəğbətini qazanıb.

Festivala qoşulan şirkətlərin sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar. Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə, Baku Şopinq Festivalı boyunca iştirakçı mağazalarda alış-veriş etməyə tələsin.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BŞF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar: telefon: 0124982063, e-mail: [email protected], web: www.bakushopfest.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti