...

"Mançester Yunayted" minimal hesablı qələbə qazandı (VİDEO)

İdman Materials 5 May 2017 02:18 (UTC +04:00)
UEFA Avropa Liqasının yarımfinal mərhələsinin növbəti oyununu keçirilib
"Mançester Yunayted" minimal hesablı qələbə qazandı (VİDEO)

Bakı. Trend:

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin növbəti oyununu keçirilib.

Trend-in məlumatına görə, İspaniyanın "Selta Viqo" klubu doğma meydanda İngiltərənin “Mançester Yunayted” klubunu 0-1 hesabı ilə məğlub olub.

Oyunun taleyini həll edən yeganə qol matçın 67-ci dəqiqəsində qeydə alınıb. Markus Reşford 25 metr məsafədən cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin mayın 3-də keçirilən digər oyununda Hollandiya təmsilçisi “Ayaks” doğma meydanda Fransanın “Olimpik Lion” komandasını 4:1 hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti