Bakı. Trend:
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 3X3 basketbol komandaları 1/4 finala yüksəliblər.
Trend-in məlumatına görə, bu mərhələdə qadınlardan və kişilərdən ibarət millilərimiz müvafiq olaraq İndoneziya yığmaları ilə qarşılaşacaq.
Qadın idmançılarımız bu mərhələni adlayarsa, yarımfinalda Türkiyə - Əlcəzair, kişi basketbolçularımız isə Kot-d'İvuar - Türkiyə cütlüyünün qalibi ilə mübarizə aparacaq.
1/4 final görüşləri sabah keçiriləcək.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.