...

Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis federasiyaları memorandum imzalayıb (FOTO)

İdman Materials 23 May 2017 16:35 (UTC +04:00)
Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis federasiyaları memorandum imzalayıb (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb.

Federasiyadan Trend-ə verilən məlumata görə, memorandumu İqtisadiyyat naziri, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, İran Stolüstü Tennis Federasiyasının prezidenti Mehrdad Əliqardaşi, Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Kerim Koç imzalayıblar.

Memorandum idmançıların peşəkarlığının artırılmasını, təcrübə mübadiləsi üçün qarşılıqlı klub-liqa yarışlarında iştirakını, birgə təlim-məşq toplanışlarını və turnirlərin təşkilini, ev sahibi olduğu turnirlərdə digər tərəfin idmançılarının dəvət olunmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti