...

"Real" yenidən çempion oldu (VİDEO)

İdman Materials 4 İyun 2017 00:43 (UTC +04:00)
Bu gün Çempionlar Liqasında 2016/17 mövsümünə yekun vurulub
"Real" yenidən çempion oldu (VİDEO)

Bakı. Trend:

Bu gün Çempionlar Liqasında 2016/17 mövsümünə yekun vurulub.

Trend-in məlumatına görə, Kardiffdə keçirilən final oynunda turnirin son qalibi “Real Madrid” “Yuventus”la üz-üz gəlib.

Oyun 4:1 hesabı ilə "Real Madrid"in xeyrinə başa çatıb. Beləliklə, “Real Madrid” qitənin ən nüfuzlu klub turnirində 12-ci çempionluğunu rəsmiləşdirib.

Qollar: Ronaldo, 20 (0:1), Mandzukiç, 27 (1:1), Kazemiro, 61 (1:2), Ronaldo, 64 (1:3), Asensio, 90 (1:4).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti