...

BSC Consulting & Outsourcing maarifləndirici təlim və seminarlara start verdi (FOTO)

İqtisadiyyat Materials 22 Avqust 2016 14:17 (UTC +04:00)
Avqustun 12-də BSC Consulting & Outsourcing Şirkəti KSM fəaliyyəti çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə birgə silsilə maarifləndirici təlim və seminar proqramları layihəsinə start verib.
BSC Consulting & Outsourcing maarifləndirici təlim və seminarlara start verdi (FOTO)

Bakı. Trend:

Avqustun 12-də BSC Consulting & Outsourcing Şirkəti KSM fəaliyyəti çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə birgə silsilə  maarifləndirici təlim və seminar proqramları layihəsinə start verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində ilk olaraq “İnsan resurslarınını idarə olunması (HR)” mövzusunda təlim keçirilib. Ölkənin aparıcı qida, distribusiya, özəl klinika, aqrar və s. şirkətlərinin nümayəndələrinin qatıldığı seminarda BSC Consulting & Outsourcing Şirkətinin HR departamentinin rəhbəri Təhminə Dəmirova HR-ın tarixi, inkişaf mərhələləri və müasir dövrümüzdə HR problemləri haqqında geniş təqdimat edib. Klassik Teylor məktəbi, işə qəbul presesi, işçilərin dəyərləndirilməsi, biznesin səmərəli təşkili və inkişafında insan resurslarının rolu və s. mövzulara toxunan təlimçi HR komandası üçün dəyərli məlumatlar paylaşaraq iş adamlarını maraqlandıran sualları cavablandırıb.

Daha sonra tədbir çərçivəsində mövzular üzrə iştirakçılar arasında aparılan interaktiv oyunlar və sorğular iştirakçıların HR sahəsində öz bilik və təcrübələrini paylaşmağa müvəffəq olmalarına imkan yaradıb.

Biznesin inkiçafında, eləcə də xərclərin optimallaşdırılması baxımından autsors xidmətlərə də toxunan şirkət nümayəndəsi artıq 20 ildir bu sahədə uğurla fəaliyyət göstərən BSC Consulting & Outsourcing Şirkətinin “İnsan resurslarınını idarə olunması (HR)” sahəsində göstərdiyi autsors xidmətlər haqqında da geniş bilgi verib.

Tədbirin sonunda Təhminə Dəmirova iştirakçılara və Azərbaycan Sahibkarlar Konfederasiyasına bu layihədə göstərdikləri dəstəyə görə təşəkkürünü ifadə edib və  ASK ilə BSC Consulting & Outsourcing Şirkətinin birgə layihələrinin gələcəkdə uğurla davam edəcəyini bildirib.
 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti