...

Moskva prospekti bağlanacaq

İqtisadiyyat Materials 17 Yanvar 2017 10:24 (UTC +04:00)
Bakının Moskva prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Moskva prospekti bağlanacaq

Bakı. Samir Əli - Trend:

Bakının Moskva prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, yol ərazidə aparılacaq təmir işləri ilə əlaqədar bağlanacaq:

"Aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, 18 və 19 yanvar tarixlərində gecə saat 01:00-dan 03:00-a qədər Moskva prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Məhdudlaşdırma həm əsas yolda (tunel), həm də köməkçi yollarda (Şamaxinka) tətbiq ediləcək".

A.Nəcəfli bildirib ki, aparılacaq qısamüddətli təmir işləri zamanı sürücülər alternativ olaraq Bakı Dairəvi-1 avtomobil yolundan və ya Biləcəri qəsəbəsinin əsas yolundan istifadə edərək şəhərə daxil ola bilərlər: "Yarana biləcək narahatlığa görə “Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti