...

Ekspert: Azərbaycanın irəli sürdüyü enerji layihələri ölkəni böyük qaz ehtiyatı olan dövlətə çevirəcək

İqtisadiyyat Materials 21 Fevral 2017 15:06 (UTC +04:00)
Azərbaycan tərəfindən irəli sürülən enerji layihələri ölkəni böyük qaz ehtiyatlarına malik dövlətə çevirəcək
Ekspert: Azərbaycanın irəli sürdüyü enerji layihələri ölkəni böyük qaz ehtiyatı olan dövlətə çevirəcək

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan tərəfindən irəli sürülən enerji layihələri ölkəni böyük qaz ehtiyatlarına malik dövlətə çevirəcək.

Bu sözləri Trend-ə iqtisadçı ekspert Rüfət Quliyev deyib.

O qeyd edib ki, Azərbaycan bu layihələri vaxtında, hətta qrafiki qabaqlamaqla yerinə yetirir. Ekspert qeyd edib ki, bu layihələrin icrası ölkənin makroiqtisadi göstəricilərini möhkəmləndirməyə imkan verəcək.

R.Quliyev bildirib ki, Azərbaycanın postneft müddətinə daxil olmasına baxmayaraq ölkə iri enerji layihələrinin icrasını davam etdirəcək: “Bu gün Azərbaycan postneft erasına daxil olur. Biz ölkədə qeyri-neft sektorunu inkişaf etdirməyə çalışırıq. Amma bununla yanaşı biz əvvəlki kimi enerji resurslarının tədarükündən də gəlirlərin əldə olunmasında maraqlıyıq. Bu vəsaitlər gələcəkdə ölkə iqtisadiyyatının inkişafına və şaxələndirilməsinə yönəldiləcək”.

Xəbər lenti

Xəbər lenti