...

Daşkəsən Elektrik Şəbəkəsi yenidən qurulur (FOTO)

İqtisadiyyat Materials 27 Aprel 2017 14:17 (UTC +04:00)
Daşkəsən Elektrik Şəbəkəsi yenidən qurulur.
Daşkəsən Elektrik Şəbəkəsi yenidən qurulur (FOTO)

Bakı. Trend:

Daşkəsən rayonunun fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında “Azərişıq“ ASC “Qərb“ RETSİ-nin Daşkəsən Elektrik Şəbəkəsinin xidmət ərazisində olan rayon mərkəzi, qəsəbə və kəndlərdə olan Elektrik Verilişi Xətlərində və Yarımstansiyalarda 2017-ci il üçün nəzərdə tutulmuş tikinti-quraşdırma, yenidənqurma, əsaslı və cari təmir işlərinin bir qismi I rüb ərzində həm şəbəkə, həm də podratçı təşkilatlar tərəfindən yerinə yetirilib.

“Azərişıq“ ASC-dən Trend-ə verilən məlumata görə, rayonun sərt iqlim səraiti olan dağlıq ərazidə yerləşməsinə , sərt keçən qış mövsümü olmasına baxmayaraq 3 ay ərzində 2.0 km 6 kV-luq və 1.2 km 0.4 kV-luq Elektrik Veriliş Xətlərində təmir - bərpa və cari təmir işləri aparılmış , 7 ədəd 6 kV-luq , 28 ədəd 0.4 kV- luq çürümüş , istismara yararsız ağac dayaq yeni metal boru dayaqla dəyişdirilmiş , 1810 m zədələnərək yararsız hala düşmüş müxtəlif markalı aluminum naqil yenisi ilə əvəz edilmişdir . Bütün istismarda olan xətlərdə qabarit pozulmasının aradan qaldırılması və qarşısının alınması məqsədi ilə 29 ədəd əyilmiş dayaqlar düzəldilmiş , təbbi fəlakət zamanı yıxılmış 12 ədəd dayaq yerində bərpa olunmuş , 7 ədəd sel tutarında və sürüşmə ehtimalı olan ərazidəki ağac dayağın yeri dəyişdirilmiş və 2.1 km hava xəttində sallanmış naqillər tarımlanmış , 44 ədəd sınmış izolyator dəyişdirilmişdir

İlk üç ay ərzində 10-6 / 0.4 kV-luq 20 ədəd y/st-da profilaktik təmir işləri aparılmış , transformatorlar və yarımstansiyaların avadanlıqları yerində cari təmir olunmuşdur . Təmir zamanı yarımstansiyalarda 8 ədəd 0.4 kV-luq ayırıcı quraşdırılmış , 6 ədəd yeni müasir tipli 6/0.4 kV-luq komplekt transformator məntəqəsi (KTM) şəbəkəyə qoşulmuş , 4 ədəd yeni inşa olunmuş KTM-lərin yaxın vaxtlarda şəbəkəyə qoşulması planlaşdırılır . Yeni KTM-lərin şəbəkəyə qoşulması üçün 1 ədəd 6 kV-luq , 13 ədəd 0.4 kV-luq əlavə metal boru dayaq basdırılmış , 0.6 km yeni hava xətti çəkilmişdir,rayon ərazisində olan 1 ədəd 110/35/6 kV-luq və 4 ədəd 35 /6 -10 kV – luq yarımstansiyalarda təftiş və cari təmir işləri aparılıb.

İnvestisiya Proqramı əsasında rayonun qaşqın və məcburi köçkünlərin kompakt məskunlaşdığı 5 kəndi elektrik enerjisi ilə təmin edən 6 kV-luq Quşçu EVX –nin yenidənqurulması nəzərdə tutulmuşdur . İl ərzində həmin xəttin yedənqurulması , həmçinin rayon mərkəzinin təmamilə ÖİN kabellə çəkilməsi planlaşdırılır. Hazırda Zağalı kəndində 0.4 kV-luq hava xəttində əsaslı təmir işləri və kabel xətlərinin çəkilməsi davam etdirilir . Bununla yanaşı digər EVX və y/st-larda da təmir işlərinin aparılması , elektrik enerjisinin itkisinin qarşısının alınması üçün tədbirlərin görülməsi davam etdiriləcək.

I rüb ərzində istifadə olunan elektrik enerjisinin uçotunun dəqiqləşdirilməsi üçün 73 ədəd balans sayğacı quraşdırılmışdır.Elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının alınması məqsədilə 186 abonentin elektrik sayğacı həyətyanı sahələrdən kənarlaşdırılmış , 300- ə qədər abonentin köhnə tipli sayğacı yeni müasir tipli elektron sayğacla əvəz olunmuşdur . Sayğacların həyətyanı sahələrdən kənarlaşdırılması və qanunsuz istifadə hallarının qarşısının alınması üçün magistral xətlərin kabelləşdirilməsi üçün üç ay ərzində 1570 m müxtəlif markalı kabel xətti çəkilmişdir. EEİQ-nı pozan 81 abonentə cərimə aktı tərtib olunmuş , 143.600 kVt.s itirilmiş elektrik enerjisi bərpa olunub.

I rüb ərzində görülmüş tədbirlər, vaxtaşırı reydlərin keçirilməsi nəticəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə 2017 – ci ilin I rübü ərzində 2.535.000 kVt.s elektrik enerjisinə qənaət edilmiş, istehlak olunan elektrik enerjisinin dəyərinin toplanmasında müsbət nəticələr əldə olunub.

2017-ci ildə nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilıməsi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti