Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir Maksim Tsurkov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Azər-Türk Bank" ASC-nin 5,776 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Bakı Fond Birjasından Trend-ə verilən məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 manat olan 5 776 341 ədəd səhmdən ibarətdir.
Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 44,2 milyon manatdan 50 milyon manatadək (Azərbaycan Mərkəzi Bankının normativ tələbinədək) atacaq.
Yerləşdirmənin anderrayteri qismində "Invest-AZ" MMC çıxış edir.