...

"AtaBank" ASC "MasterCard Contactless" funksionallığının tətbiqini aktivləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2015 14:14 (UTC +04:00)
“AtaBank” ASC yeni "MasterCard" tipli kartlarını "MasterCard Contactless" funksionallığı ilə təmin edib.
"AtaBank" ASC "MasterCard Contactless" funksionallığının tətbiqini aktivləşdirir

Azərbaycan, Bakı, 30 yanvar /Trend /

"AtaBank" ASC yeni "MasterCard" tipli kartlarını "MasterCard Contactless" funksionallığı ilə təmin edib. Cümə günü bankdan Trend-ə daxil olam məlumata görə, bankın tərəfdaşlar şəbəkəsində quraşdırılmış POS-terminallar kontaktsız kartların qəbulu üzrə proqramlaşdırılıb və bu cür kartları qəbul etməyə hazırdırlar.

Bu barədə "AtaBank" ASC-nin İcraçı direktoru - İdarə Heyətinin üzvü Elnur Osmanov məlumat verib. Onun sözlərinə görə, "AtaBank"ın POS-terminalları "MasterCard Contactless" tipli kartları qəbul edəcək." "AtaBank" ASC 2013-cü ildən "MasterCard Europe SPRL" beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvüdür. Ölkənin ən böyük POS-terminal şəbəkəsinə malik olan "AtaBank" kontaktsız ödənişlərin qəbulu üçün tədricən bütün POS-terminal şəbəkəsində bu funksiyanı aktivləşdirir.

"Gündən-günə bütün dünyada müştərilər kontaktsız ödənişlərlə daha çox qarşılaşmağa başlayırlar. Biz "AtaBank" ASC ilə, Azərbaycanın ən böyük ekvayrinq şəbəkəsinə malik olan bank kimi, ölkədə kontaktsız ödənişlərin genişlənməsi sahəsində əməkdaşlıq etməyimizdən fəxr edirik. Biz bütün kart istifadəçilərinə, MasterCard dəstəkli kartlar və cihazlar vasitəsilə, daha geniş kontaktsız ödəniş imkanları yaratmağı planlaşdırırıq" deyərək "MasterCard"ın ölkə üzrə direktoru Hakan Acar bildirmişdir.

Bankın emissiya etdiyi kartların sayı 26 000-ə yaxındır. Bankın bankomatlarının sayı 78, POS-terminalların sayı isə 18 567 ədəddir.

"AtaBank" ASC-nin "MasterCard" məhsulları haqqında daha ətraflı məlumat öyrənmək istəyən şəxslər www.atabank.com saytına və ya www.facebook.com/AtaBank sosial şəbəkəsinə daxil ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti