Bakı. Anaxanım Hidayətova - Trend:
Azərbaycan və Misir Qırmızı dəniz və Cənubi Sinay əyalətlərinin qubernatorları, eləcə də Şarm əş-Şeyx şəhərinin merinin Azərbaycana səfəri zamanı turizm əlaqələrinin möhkəmləndirilməsi imkanlarını müzakirə edəcəklər. Bu barədə Trend-ə Misirin Bakıdakı səfirliyindən bildiriblər.
Misir nümayəndə heyətinin tərkibində 13 turizm şirkətinin nümayəndələri də Azərbaycana gələcək.
Nümayəndə heyəti Azərbaycandan Misir kurortlarına turist axınının artırılması imkanlarının müzakirəsi üçün bir sıra görüşlər keçirəcək.