...

Bakıdan Şarm əş-Şeyxə uçuşlar bərpa ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2016 16:04 (UTC +04:00)
İyunun 1-dən Misirin “Air Cairo” aviaşirkəti tərəfindən Bakı - Şarm əş-Şeyx - Bakı reysi açılacaq.
Bakıdan Şarm əş-Şeyxə uçuşlar bərpa ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

İyunun 1-dən Misirin "Air Cairo" aviaşirkəti tərəfindən Bakı - Şarm əş-Şeyx - Bakı reysi açılacaq. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, yay turizm mövsümünün başlaması ilə əlaqədar həyata keçiriləcək aviareyslər həftədə bir dəfə olacaq: "Bu reyslər yay mövsümü ilə bağlı açılsa da, onun daimi olacağına ümid edirik. Çünki Misir istiqaməti dünya turizmində populyardır. Bu ölkə yay turizm ölkəsi kimi tanınır. Burada qiymətlər başqa tuzirm ölkələrinə nisbətən aşağıdır".

Qeyd edək ki, bir neçə il əvvəl Bakıdan Şarm əş-Şeyxə çarter reysləri olsa da, sonradan dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti