...

2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi kəsirsiz olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2016 12:46 (UTC +04:00)
2017-ci il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri 3,4 milyard manat həcmində proqnozlaşdırılır.
2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi kəsirsiz olacaq

Bakı. Trend:

2017-ci il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri 3,4 milyard manat həcmində proqnozlaşdırılır. Bu, 2016-cı il üçün olan göstəricidən 100 milyon manat çoxdur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin plenar iclasında 2017-ci il və növbəti üç il üçün dövlət büdcəsi və sosial-iqtisadi inkişaf konsepsiyasının müzakirələri zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, bu artımın əsas hissəsi sosial sığorta ödənişlərinin artması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti