...

Bakı-Sumqayıt qatarının milyonuncu sərnişini - 2 ay havayı gedib-gələcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2017 16:25 (UTC +04:00)
Bu gün Bakı-Sumqayıt elektrik qatarından sayca bir milyonuncu sərnişin istifadə edib.
Bakı-Sumqayıt qatarının milyonuncu sərnişini - 2 ay havayı gedib-gələcək (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Bakı-Sumqayıt elektrik qatarından sayca milyonuncu sərnişin istifadə edib.

Trend-in məlumatına görə həmin sərnişin Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Leyla Hüseynzadə olub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəis müavini Mədəd Şıxəmirov milyonuncu sərnişini təbrik edib və ona iki ay müddətinə Bakı-Sumqayıt qatarından ödənişsiz gediş hədiyyə edib.

Qeyd edək ki, Bakı-Sumqayıt elektrik qatarı 2015-ci il sentyabrın 12-də istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti