...

Azərbaycan neftinin qiyməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2017 11:51 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 24-də 51,58 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiyməti

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 24-də 51,58 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,01 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 24-də 50,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 24-də 46,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,04 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 24-də 49,95 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,02 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti