...

Tovuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2017 18:31 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu Tovuz rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Tovuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Tovuz rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Fond Tovuz rayonunun Düz Qırıqlı kəndində işgüzar forum keçirib.

Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

iri fermer, müasir heyvandarlıq, cins heyvandarlıq, kartofçuluq (o cümlədən yüksək məhsuldar kartof toxumçuluğu), istixana və intensiv üzümçülük təsərrüfatlarının yaradılması;
süd emalı və meyvəqurutma müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti