...

AZƏRBAYCANLA GÜRCÜSTAN ARASINDA MÜBAHİSƏLİ HAVA YOLUNUN MARŞRUTU MƏSƏLƏSİ NOYABRDA MÜZAKİRƏ OLUNACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2005 17:49 (UTC +04:00)

(Praym-Nyus) - Martın 17 -də Azərbaycanın Gürcüstana verdiyi 600 kilometrlik hava yolunun 100 metrlik hissəsi ilə bağlı məsələ noyabr ayında Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) iclasında müzakirə olunacaq. Bu barədə iyulun 12-də jurnalistlərə Gürcüstanın Mülki Aviasiya Administrasiyasının sədri Georgi Mjavanadze ICAO-nun Avropa regional ofisinin rəhbəri Korsten Taylın Gürcüstanın baş naziri Zurab Noqaideli ilə görüşündən sonra məlumat verib.

"Qruzaeronaviqasiya"dan verilən məlumata görə, Azərbaycan və Gürcüstan prezidentləri arasında əldə olunmuş razılaşmaya müvafiq olaraq 2001-ci ildən 600 kilometrlik hava yolunun 100 km-də naviqasiya xidmətlərinin Gürcüstan tərəfi həyata keçirir.

Gürcüstan bu xidmətə görə hər il 1 milyon 500 min dollar vəsait əldə edir.

Beynəlxalq konvensiyaya müvafiq olaraq, Azərbaycan yolun bu sahəsinə nəzarət etmək üçün səlahiyyətə malikdir. Çünki həmin ərazi bu ölkənin ərazisindədir. Lakin bu yolun təsdiq olunması prosedurasında pozuntulara yol verilib. Hava yolunun bu hissəsinin gürcü tərəfinə verilməsi Azərbaycandakı radarların gücünün az olması ilə əsaslandırılır.

Xəbər lenti

Xəbər lenti