...

SAHİBKARLIĞA DƏSTƏK MİLLİ FONDU VƏSAİTLƏRİN MƏNİMSƏNİLMƏSİNİ PRAKTİK OLARAQ BAŞA ÇATDIRIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2005 17:05 (UTC +04:00)

Sahibkarlığa dəstək Milli fondu (SDMF) 2005-ci ildə dövlət büdcəsində sahibkarlığın inkişafı üçün ayrılmış vəsaitlərin mənimsənilməsini, praktik olaraq başa çatdırıb.

SDMF-nin başçısı Qadir Hüseynov Trend agentliyinə bildirib ki, cari ildə bu məqsədlə 200 mlrd.

Manat ayrılıb ki, bundan 15 mlrd. manat NMR-də, qalan 185 mlrd. manat isə Azərbaycanın digər regionlarında layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Hazırda NMR-ə maliyyələşdirmə artıq ayrılıb, respublikanın digər regionlarında layihələrin gerçəkləşdirilməsi üçün nəzərdə tutulmuş vəsaitin isə 165 mlrd.manatı artıq istifadə olunub."

Qalan 20 mlrd. Manat vəsaitin gerçəkləşdirilməsi isə artıq bizdə bank sifarişləri var, buna görə də vəsaitlərin istifadəsini praktik olaraq bitmiş iş hesab etmək olar " -deyə Q.Hüseynov qeyd edib.

Q.Hüseynov həm də bildirib ki, kreditlərin verilməsi tempi ölkə prezidentinin sərəncamına müvafiq olaraq sürətləndirilib.

Fond 1992-ci ildə yaradılıb, amma real olaraq1993-cü ildən fəaliyyətə başlayıb. 1993-cü ildən 2001-ci ilədək fonda ümumi həcmi 70 mlrd. Manat olan vəsait verilib ki, bundan real olaraq 7-8 mlrd.

Manat istifadə olunub 2003-cü ildən maliyyələşmənindaim artırılması fonunda vəsaitlərin tam mənimsənilməsi dinamikası görünməyə başlayıb. 2002-ci ildə fond vasitəsilə sahibkarlığın kreditləşdirilməsinə dövlət büdcəsində 13 mlrd. manat, 2003-cü ildə 50 mlrd manat, 2004-cü ildə 100 mlrd manat, 2005-ci ildə 200 mlrd manat nəzərdə tutulub. Maliyyələşdirilmə həcmi 2006-cı ildə 400 mlrd. manat məbləğində planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti