...

AVRASİYA SAHİBKARLARI BİRLİYİNİN YARADILMASI ÜÇÜN BAKI BƏYANNAMƏSİ İMZALANIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2005 16:54 (UTC +04:00)

Oktyabrın 7 - də Avrasiya Sahibkarları Birliyinin yaradılması üçün Bakıda keçirilən iki günlük görüşün yekunları üzrə Bakı bəyannaməsi mzalanıb. Bu barədə Trend məlumat verib.

Sənəd görüşün təşkilatçısı olan Azərbaycan-Türkiyə Sahibkarları Birliyinin sədri Əhməd Erentok, Türkiyənin xarici iqtisadi əlaqələr komitəsinin və Türkiyə-Avrasiya biznes Şurasının sədri Toğrul Erkin tərəfindən imzalanıb.

Ə.Erentok qeyd edib ki, sənəddə bu birliyin yaradılması qərarı, onun məqsədi, ticarət, sosial, mədəni münasibətlər, Türkiyə və digər ölkələrlə işgüzar əlaqələrin inkişafı və s. öz əksini tapıb. Birliyini yaradılmsası üçün təşkilatın büdcəsini, Nizamnaməsini işləyib hazrlayacaq işçi qrupu yaradılıb.

Toğrul Erkin bildirib ki, görüşün nəticələrinə görə, növbəti görünü noyabrın sonlarında və ya dekabrın əvvəllərində İstanbulda keçirilməsi qərara alınıb. "Burada Avrasiya sahibkarları Birliyinin yaradılmasına dair həlledici qərar qəbul ediləcək. Həmçinin Birliyin yerləşəcəyi yer müəyyən olunacaq ", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti